ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə 30 min yeni sənəd yayımlayıb
ABŞ Ədliyyə Nazirliyi qalmaqallı milyarder Ceffri Epşteynlə bağlı daha 30 minə yaxın sənədi ictimaiyyətə təqdim edib. Qurum sənədlərin yayılması ilə bərabər xəbərdarlıq edib ki, materiallar arasında Donald Tramp haqqında FTB tərəfindən 2020-ci il seçkiləri ərəfəsində toplanmış "yalan və qəsdən sensasion" məlumatlar yer alır.
Jurnalistlərin ilkin araşdırmalarına görə, 2020-ci ilə aid prokurorluq yazışmalarında Donald Trampın Epşteynin özəl təyyarəsində əvvəllər məlum olandan daha çox uçuş etdiyi qeyd olunur. Prokurorları xüsusilə narahat edən məqam isə Trampın həmin vaxt barəsində cinayət işi araşdırılan Gisleyn Maksuell ilə bir neçə dəfə eyni təyyarədə olmasıdır.
Yazışmalarda diqqətçəkən digər məqam Trampın olduğu uçuşlarda Maksuell işi üzrə potensial şahid qismində çıxış edə biləcək qadınların da iştirak etməsidir. Bu müzakirələrin aparıldığı dövrdə Donald Tramp ABŞ-ın fəaliyyətdə olan prezidenti idi.
Hazırda araşdırmaçılar sənədlərin tam emalı ilə məşğuldurlar. Bu materialların 2020-ci il seçkiləri ərəfəsində niyə açıqlanmadığı və hazırkı siyasi proseslərə təsiri geniş müzakirə mövzusuna çevrilib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!