Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasının Federal Prezidenti Aleksandr Van der Bellenə təbriki
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının milli bayramı münasibətilə Federal Prezident Aleksandr Van der Belleni və bütün Avstriya xalqını səmimi-qəlbdən təbrik edib.
1 dəq oxuma
180 Baxış

Təbrik məktubunda deyilir:
“Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün Avstriya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycanla Avstriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı xalqlarımızın rifahına və ortaq maraqlarına xidmət etməyə davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, dost Avstriya xalqına isə daim sülh, firavanlıq və tərəqqi arzulayıram.”
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!