Milli Söz Media

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri oktyabrın 9-da Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutan görüşün davamı olaraq bir sıra aktual məsələləri müzakirə ediblər.

1 dəq oxuma
152 Baxış
Paylaş:

Dövlət başçıları iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsində, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

Söhbət zamanı regional əməkdaşlığın bəzi istiqamətləri və beynəlxalq vəziyyətin müəyyən aspektləri də diqqət mərkəzində olub.

Prezidentlər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!