Milli Söz Media

ABŞ-ın İrana qarşı irəli sürdüyü şərtlər açıqlanıb

1 dəq oxuma
60 Baxış
Paylaş:
 ABŞ-ın İrana qarşı irəli sürdüyü şərtlər açıqlanıb

ABŞ bölgəyə əlavə hərbi qüvvələr cəlb edərkən, Tehrandan bir sıra əsas tələblər irəli sürüb.

 İrəli sürülən şərtlər bunlardır:

 İran uranın zənginləşdirilməsi proqramını tam dayandırmalı və sentrifuqaları sökməlidir.

 İndiyə qədər zənginləşdirilmiş bütün uran ehtiyatları (təxminən 400 kq) beynəlxalq nəzarətə təhvil verilməlidir.

 Uzaqmənzilli ballistik raket proqramı tamamilə dayandırılmalıdır.

 Regiondakı proksi qüvvələrə (Hizbullah, HƏMAS, Husilər və s.) verilən hərbi və maliyyə dəstəyi kəsilməlidir.

 Tələblər Yaxın Şərqdə artan gərginlik fonunda irəli sürülüb və region üçün ciddi nəticələr vəd edir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!