Milli Söz Media

Avropa Almaniyanın hərbi gücünü artırmasından narahatdır

1 dəq oxuma
18 Baxış
Paylaş:
Avropa Almaniyanın hərbi gücünü artırmasından narahatdır

Bir sıra Avropa ölkələri Almaniyanın hərbi qüdrətini artırmaq planlarından narahat olmağa başlayıblar.

Milli Söz xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

 "Almaniyanın sürətlə yenidən silahlanması Avropada artan narahatlığa səbəb olur və Berlinin hansı nüfuza və gücə sahib olması ilə bağlı yüzillik mübahisələri yenidən alovlandırır", — deyə materialda qeyd olunur.

 Nəşrin məlumatına görə, Avropa dövlətlərində suallar doğuran məqam Almaniyanın müdafiə satınalmaları sistemidir. Qəzet qeyd edir ki, müqavilələrin əhəmiyyətli hissəsi alman istehsalçılarına qismət olur.

 Sözügedən addımlar, həmçinin Avropadakı qüvvələr nisbətinə təsir göstərə bilər. Nəşr bu narahatlıqları ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarı kimi çıxış edən "Almaniya üçün Alternativ" (AfD) partiyasının nüfuzunun artması ilə əlaqələndirir.

 

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!