Milli Söz Media

Avropa Parlamenti Rusiyadan qaz idxalatını qadağan edən qanun qəbul edib

1 dəq oxuma
4 Baxış
Paylaş:
Avropa Parlamenti Rusiyadan qaz idxalatını qadağan edən qanun qəbul edib

Avropa Parlamenti Rusiyadan təbii qaz idxalının dayandırılmasını nəzərdə tutan yeni hüquqi aktı rəsmən təsdiqləyib.

Qəbul edilən qərara əsasən, Avropa İttifaqı ölkələri 2027-ci il 30 sentyabr tarixinə qədər Rusiya qazından tamamilə imtina edəcək.

Bu addım Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək və Rusiyadan olan enerji asılılığını sıfıra endirmək məqsədi daşıyır.

Qanun layihəsi həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə şamil ediləcək strateji bir keçid dövrünü əhatə edir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!