Azərbaycanın stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
1 dəq oxuma
6 Baxış
Azərbaycanlı stolüstü tennisçi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection Camp” beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
İstedadlı idmançı seçmə komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyanın Vrsar şəhərinə yola düşüb.
Toplanışda Avropanın ən istedadlı yeniyetmə stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi ilə fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.
Dekabrın 23-dək davam edəcək layihə xüsusi istedadı və stabil nəticələri ilə seçilən gənc idmançıların inkişafını hədəfləyir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!