Milli Söz Media

Fransa Ukraynaya Rodeur 330 zərbə dronları verib

2 dəq oxuma
65 Baxış
Paylaş:
Fransa Ukraynaya Rodeur 330 zərbə dronları verib

Fransanın “EOS Technologie” şirkəti Ukraynaya bir neçə ədəd “Rodeur 330” zərbə dronu çatdırıb. Məlumata görə, dronların uçuş məsafəsi 500 km-ə qədər, havada qalma müddəti isə 5 saatdır. Xəbəri AFP agentliyi France 24-ə istinadla yayıb.

Şirkətin rəhbəri Jan-Mark Zuliani bildirib ki, dronların Ukraynaya verilməsi Qərb istehsalçılarına onları real döyüş şəraitində sınaqdan keçirmək imkanı yaradır. Onun sözlərinə görə, ukraynalılar müharibə zamanı “dünyada misilsiz təcrübə” qazanıblar.

İstehsalçı şirkətin açıqlamasına əsasən, “Rodeur 330” dronunun texniki göstəriciləri:

Sürət: saatda 120 km-dək

Uçuş hündürlüyü: 5 000 metrədək

Ukrayna hökuməti daha əvvəl ölkədə 500 km-dən də uzağa uça bilən dronların hazırlandığını və istehsal edildiyini açıqlamışdı. Bildirilir ki, bu dronlar Rusiyanın dərinliklərinə zərbələr üçün istifadə olunur.

Qeyd edək ki, Ukraynaya daha əvvəl verilmiş ATACMS və “Storm Shadow” raketlərinin uçuş məsafəsi 500 km-dən azdır.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!