Milli Söz Media

Fransada növbəti prezident seçkilərin tarixi müəyyənləşdi

1 dəq oxuma
7 Baxış
Paylaş:
Fransada növbəti prezident seçkilərin tarixi müəyyənləşdi

Fransada növbəti prezident seçkiləri 2027-ci ilin baharında – aprelin 18-də (birinci tur) və mayın 2-də (ikinci tur) keçiriləcək.

"Milli Söz" xəbər verir ki, bu barədə iyunun 30-da "Le Figaro" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

"Prezident seçkilərinin birinci və ikinci turları müvafiq olaraq 2027-ci il aprelin 18-i və mayın 2-si, bazar günlərinə təyin ediləcək".

Bildirilir ki, bu tarixlərin rəsmi şəkildə elan olunması hökumətin hər həftə keçirilən nazirlər şurasının iclasından sonra gözlənilir. Qəzetin məlumatına görə, seçkilər iki turdan ibarət olacaq və səsvermənin ikinci turu hazırkı Prezident Emmanuel Makronun səlahiyyət müddətinin başa çatmasına düz 12 gün qalmış təşkil ediləcək.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!