İranlı general: Amerikalı hərbçiləri əcdadlarının yanına göndərəcəyik
1 dəq oxuma
4 Baxış
İran ordusu ABŞ-nin endirdiyi zərbələr nəticəsində həlak olan hər bir İran vətəndaşına görə bir amerikalı hərbçini öldürəcək.
Milli Söz xəbər verir ki, bu bəyanatla "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi çıxış edib.
“İranının həlak olan hər bir qürurlu vətəndaşına görə bir amerikalı hərbçi əcdadlarının yanına göndəriləcək. Biz sizin üçün cəhənnəmə pulsuz və birbaşa biletlər hazırlamışıq", - deyə Abdullahi bildirib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!