Milli Söz Media

İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə mindi

1 dəq oxuma
6 Baxış
Paylaş:
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə mindi

İsrail və Livan arasında 10 günlük atəşkəs aprelin 17-də qüvvəyə minib.

“Milli Söz” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) ümummilli radiosu məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, İsrailin şimal bölgələrinin bir neçə saat davam edən intensiv atəşə tutulmasından sonra Livanda müvəqqəti atəşkəs rəsmi şəkildə qüvvəyə minib.

Daha əvvəl tərəflər ABŞ-nin vasitəçiliyi ilə razılığa gəliblər ki, 10 günlük atəşkəs aprelin 17-də Bakı vaxtı ilə saat 01:00-də başlayacaq.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!