Litva 30 milyon avro dəyərində tank əleyhinə minalar və dronlar alacaq
1 dəq oxuma
4 Baxış
Litva ordusu yerli istehsalçılardan 30 milyon avrodan çox dəyərində tank əleyhinə minalar və pilotsuz uçuş aparatları (PUA) üçün müxtəlif növ doldurucular alacaq.
Milli Söz Media xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat verib.
"Bu qərar milli müdafiə sənayesinin gücləndirilməsində mühüm addımdır. Bu, həmçinin müdafiə sektorumuzun yetkinliyini və milli təhlükəsizliyin təmin edilməsinə effektiv töhfə vermək qabiliyyətini nümayiş etdirir".- Müdafiə naziri Robertas Kaunas bildirib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!