Milli Söz Media

Moskvada dəhşətli terror aktı: İntiharçı özünü və iki polisi partladıb

1 dəq oxuma
1 Baxış
Paylaş:
Moskvada dəhşətli terror aktı: İntiharçı özünü və iki polisi partladıb

Moskvada baş verən qanlı hadisədə naməlum şəxs iki polis əməkdaşına yaxınlaşaraq onları qucaqlayıb və üzərindəki partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində həm terrorçu, həm də hər iki polis əməkdaşı hadisə yerində həlak olub.

Şahidlərin verdiyi məlumata görə, partlayış olduqca güclü olub və ətrafdakı binalara, nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə yerinə dərhal xüsusi xidmət orqanları və təcili yardım briqadaları cəlb olunub.

 Rusiya hüquq-mühafizə organları terrorçunun şəxsiyyətini və hadisənin hansı qruplaşma tərəfindən təşkil olunduğunu müəyyənləşdirmək üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb. Şəhərdə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib.

İlkin ehtimallara görə, bu, planlaşdırılmış terror aktıdır və məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədəf almaq olub. Moskva Prokurorluğu faktla bağlı cinayət işi açıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!