Moskvada Rusiya ordusunun generalına sui-qəsd
Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun olduğu avtomobil partladılıb.
Hadisə bu gün səhər saatlarında Moskvanın cənubunda, Yasenevaya küçəsində baş verib. General özünə məxsus "Kia Sorento" markalı avtomobilə əyləşib hərəkətə başlayan zaman partlayış qeydə alınıb.
Partlayış nəticəsində ağır xəsarətlər alan general təcili olaraq xəstəxanaya yerləşdirilib. Son məlumatlara görə, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, əldəqayırma partlayıcı qurğu birbaşa sürücü oturacağının altına yerləşdirilib. İlkin versiya kimi sui-qəsdin Ukrayna xüsusi xidmət orqanları (SBU) tərəfindən planlaşdırıldığı ehtimal olunur.
Faktla bağlı cinayət işi açılıb, hadisə yerində mütəxəssislər tərəfindən araşdırmalar davam etdirilir. Partlayışın gücündən yaxınlıqdakı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!