Paşinyan Putindən Ermənistan malları ilə bağlı xahiş etdi
1 dəq oxuma
1 Baxış
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistan mallarının Rusiyaya ixracına qoyulan məhdudiyyət problemini həll etməyi xahiş edib.
"Paşinyan vurğulayıb ki, Ermənistan mənşəli malların RF bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya müqavilə-hüquq bazasına və Avrasiya İqtisadi İttifaqının tənzimləmələrinə ziddir və bu problemlərin tənzimlənməsi istiqamətində tədbirlər görməyi xahiş edib", — deyə baş nazirin saytındakı məlumatda bildirilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!