Milli Söz Media

Peskov: Putin İlham Əliyevlə görüşəcək

1 dəq oxuma
1 Baxış
Paylaş:
Peskov: Putin İlham Əliyevlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.

"Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası, dekabrın 22-də isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!