Putin Avropa liderlərini donuz balaları adlandırıb
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasındakı çıxışı zamanı Qərb siyasətçilərini sərt və təhqiramiz ifadələrlə hədəfə alıb.
Putin bildirib ki, ABŞ-ın əvvəlki administrasiyası Rusiyanı qısa müddətdə daxildən dağıdacaqlarına inanırdı və "Avropanın donuzcuqları" (подсвинки) da dərhal bu prosesə qoşulmuşdular.
Onun sözlərinə görə, Avropa liderləri Rusiyanın çöküşündən faydalanmağa və keçmiş tarixi dövrlərdə itirdikləri bəzi maraqlarını bərpa etməyə ümid edirdilər.
Rusiya lideri həmçinin vurğulayıb ki, Qərbin Rusiyaya qarşı yönəlmiş sanksiyaları və "revanş cəhdləri" uğursuzluğa düçar olub, ölkənin iqtisadi və hərbi hazırlığı gözləniləndən daha yüksək səviyyədədir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!