Putin miqrantların gəlirlərinə dair tələbləri sərtləşdirdi
Rusiyada əcnəbi işçilərin maliyyə təminatına dair tələblər əhəmiyyətli dərəcədə sərtləşdirilərək, öhdəsində (himayəsində) olan bütün ailə üzvləri nəzərə alınmaqla, gəlirlərini regional yaşayış minimumundan aşağı olmayan səviyyədə təsdiqləmək öhdəliyi qoyulub.
Milli Söz xəbər verir ki, müvafiq qanun iyulun 26-da hüquqi aktların rəsmi dərc edildiyi saytda yerləşdirilib.
Təsdiqlənmiş yeniliklərə əsasən, əgər əmək miqrantı eyni vaxtda ölkənin bir neçə subyektində fəaliyyət göstərirsə, minimal yol verilən gəlirin hesablanması ən yüksək regional göstərici üzrə aparılacaq. Bununla belə, yekun təminat məbləği konkret regiondakı orta aylıq nominal əməkhaqqını keçməməlidir. Əcnəbinin qazancının dövlət tərəfindən müəyyən edilmiş limiddən aşağı olması faktı aşkar edilərsə, onun əmək müqaviləsi xitam olunmuş hesab ediləcək, Rusiya ərazisində qanuni qalma müddəti isə ixtisara salınacaq.
Yeni sistemin şəffaflığını təmin etmək üçün gəlmə mütəxəssislərin gəlirlərinə idarələrarası sərt nəzarət mexanizmi tətbiq olunur. Federal Vergi Xidməti təqvim ilinin hər üç, altı, doqquz və 12 ayı üzrə əcnəbi vətəndaşların gəlirləri haqqında məlumatları müntəzəm olaraq Daxili İşlər Nazirliyinə göndərməyə başlayacaq, Rusiya Sosial Fondu isə onların birbaşa əmək fəaliyyəti barədə analoji məlumatları təqdim edəcək.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!