Putinin Ukraynaya qarşı müharibəyə başlamaq qərarını son ana qədər hətta Lavrov və Peskov da bilməyib — The Guardian yazır.
Putinin Ukraynaya qarşı müharibəyə başlamaq qərarını son ana qədər hətta Lavrov və Peskov da bilməyib — The Guardian yazır.
Nəşrin məlumatına görə, həmin dövrdə Rusiya prezident administrasiyasının rəhbər müavini və Ukrayna ilə danışıqlara cavabdeh şəxs olan Dmitri Kozak da qərardan xəbərsiz olub. Qəzet bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qiymətləndirmələrinə istinad edir.
Bildirilir ki, işğaldan cəmi bir həftə əvvəl Rusiya elitasının böyük hissəsi baş verəcək hadisələrdən tamamilə bixəbər idi.
“Nüfuzlu bir Kreml rəsmisi mənə zəng edərək dedi: ‘Putinin ətrafında çoxlu hərbçi var, ab-hava gərgindir, nəsə baş verir, amma bunun nə olduğunu bilmirik’.”
Eyni zamanda Moskvada hesab edirdilər ki, ukraynalıların cəmi 10 faizi Rusiya qoşunlarına qarşı müqavimət göstərəcək. Qalan 90 faiz isə ya Rusiya ordusunun daxil olmasını fəal şəkildə dəstəkləyəcək, ya da müəyyən narazılıqlara baxmayaraq vəziyyəti qəbul edəcək.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!