Qalibaf heç kimə neft satmağa icazə verməməklə hədələdi
Tehranın özünün belə bir imkanı olmayacağı təqdirdə, İran Yaxın Şərqdə heç kimə neft satmağa icazə verməyəcək.
Milli Söz xəbər verir ki, bu barədə İslam Respublikası parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf xəbərdarlıq edib.
"Bizim neft satmadığımız bir regionda heç kim neft satmayacaq. Əgər təhlükəsizliyimiz təmin olunmazsa, heç bir infrastruktur təhlükəsizlikdə qalmayacaq, boğazın təhlükəsizliyi isə ABŞ ordusunun yox olmasından ibarətdir", — deyə siyasətçi "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.
Qalibaf əlavə edib ki, İran hakimiyyəti Hörmüz boğazındakı vəziyyətin "müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını" digər dövlətlərə çatdırmağa artıq dəfələrlə cəhd edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!