Əraqçi: Tehran Hörmüz boğazı üzərində nəzarəti güzəştə getməyəcək
Tehran Hörmüz boğazı üzərində nəzarəti heç vaxt güzəştə getməyəcək.
Milli Söz xəbər verir ki, bunu i İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"İran hər zaman boğazın qoruyucusu olub və həmişə də belə qalacaq", — deyə Əraqçi "X" sosial şəbəkəsində yazıb.
O, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını öz üzərinə götürəcəyi ilə bağlı sözlərinə bu cür reaksiya verib.
Eyni zamanda, Əraqçi Trampın bu xidmətlər müqabilində hər bir gəminin daşıdığı yükün dəyərinin 20%-i həcmində haqq almaq planlarına zarafatyana cavab verib.
"ABŞ prezidenti boğazdan təhlükəsiz keçid üçün haqq ödənilməli olduğunu deyəndə haqlıdır. Lakin 20% əlbəttə ki, çoxdur. Biz daha ədalətli qiymət müəyyən edəcəyik", — deyə iranlı nazir vəd edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!