Rusiya Kupyanskın tam işğal olunduğunu yenidən elan edib
1 dəq oxuma
3 Baxış
Rusiya hakimiyyəti Xarkov vilayətinin strateji əhəmiyyətli Kupyansk şəhərinin tamamilə nəzarətə götürüldüyünü ikinci dəfə bəyan edib.
Bənzər bir iddia ilk dəfə noyabrın 21-də səsləndirilsə də, həmin açıqlamadan qısa müddət sonra Ukrayna Prezidenti Volodimir Zelenski şəhərə səfər edərək bu məlumatları təkzib etmişdi.
Şəhər ətrafında şiddətli döyüşlərin davam etdiyi bir vaxtda Rusiya tərəfi hücum əməliyyatlarının uğurla başa çatdığını və şəhərin "tam" işğal edildiyini vurğulayır.
Ukrayna tərəfi hələlik bu rəsmi iddiaya geniş reaksiya verməyib, lakin cəbhənin bu istiqamətində vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!