Milli Söz Media

Rusiya XİN-dən sərt bəyanat: NATO Gürcüstanı təhlükəli oyunlara sürükləyir

1 dəq oxuma
2 Baxış
Paylaş:
Rusiya XİN-dən sərt bəyanat: NATO Gürcüstanı təhlükəli oyunlara sürükləyir

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı növbəti dəfə xəbərdarlıq dolu bəyanat yayıb.

Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, Alyans Gürcüstanı təhlükəli geosiyasi oyunlara cəlb etmək və ölkəni müxtəlif hərbi avantüralara sürükləmək niyyətindədir.

Rusiya tərəfi iddia edir ki, bu cür addımlar regionda onsuz da kövrək olan sabitliyi tamamilə poza və geri dönülməz fəsadlara yol aça bilər.

 Rəsmi Moskva NATO-nun Gürcüstanla hərbi əməkdaşlığı genişləndirməsini birbaşa öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyini vurğulayıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!