Milli Söz Media

Rusiyanın hücumu nəticəsində Odessa limanında Livan bayrağı altında üzən gəmi zədələnib

1 dəq oxuma
1 Baxış
Paylaş:
 Rusiyanın hücumu nəticəsində Odessa limanında Livan bayrağı altında üzən gəmi zədələnib

Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum zamanı Odessa limanında mülki gəmi hədəf alınıb. Livan bayrağı altında üzən gəminin Ukrayna soyası daşıdığı bildirilir.

 Baş nazirin müavini Aleksey Kulebanın verdiyi məlumata görə, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmiyə dəyən ziyanın miqyası araşdırılır.

 Eyni zamanda, Reni limanında da inzibati binalar və liman infrastrukturu ciddi zədələnib. Hazırda ərazidə hücumun fəsadlarının aradan qaldırılması üçün bütün fövqəladə xidmətlər səfərbər olunub.

 Ukrayna tərəfi bu hücumları qlobal ərzaq təhlükəsizliyinə qarşı növbəti təxribat kimi qiymətləndirir. Odessa və ətraf limanlar Ukrayna taxılının və kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasında strateji əhəmiyyət kəsb edir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!