Səudiyyə Ərəbistanında son 30 ilin ən güclü qar yağışı qeydə alınıb
Səudiyyə Ərəbistanında son onilliklərin ən nadir təbiət hadisələrindən biri baş verib. Krallığın səhralıq bölgələrinə son 30 ilin ən güclü qarı yağıb.
Qar yağışı əsasən ölkənin şimal-qərb və mərkəzi hissələrini əhatə edib. Adətən qızmar istiləri ilə tanınan səhra qumları tamamilə ağ örtüyə bürünüb.
Nadir hava şəraiti bəzi bölgələrdə həyatın iflic olmasına və yollarda nəqliyyatın hərəkətində xaosa səbəb olub. İsti iqlimə öyrəşmiş yerli infrastruktur belə kəskin hava dəyişikliyinə hazır olmayıb.
Yerli sakinlər və turistlər səhrada yaranmış bu qeyri-adi "ağ mənzərəni" maraqla qarşılayaraq sosial şəbəkələrdə geniş paylaşıblar. Alimlər bu cür hadisələrin qlobal iqlim dəyişikliyi ilə əlaqəli ola biləcəyini qeyd edirlər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!