Milli Söz Media

Səudiyyə şahzadəsi hoteldə ölü tapıldı

1 dəq oxuma
4 Baxış
Paylaş:
Səudiyyə şahzadəsi hoteldə ölü tapıldı


Səudiyyə Kralının uzaq qohumu olan Səudiyyə şahzadəsi Londonun elitar hotellərindən birində ölü tapılıb.

Milli Söz xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.

"Səudiyyə şahzadəsi Kensinqtondakı hoteldə ölü tapılıb", — deyə məqalədə bildirilir.

Nəşrin məlumatına görə, 29 yaşlı şahzadənin cəsədi keçən ilin noyabrında Kensinqton rayonundakı baha qiymətli otel nömrəsinin hamam otağında aşkarlanıb. Cəsədi təmizlik zamanı hotel əməkdaşı tapıb.

Araşdırmanın nəticələrinə əsasən, mərhumun qanında yüksək konsentrasiyada spirtli içki və narkotik maddələr aşkar edilib. Yarma nəticəsində şahzadənin ciddi xroniki xəstəliklərinin olmadığı məlum olub.

"The Telegraph" yazır ki, ölüm ürəktutması nəticəsində baş verib.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!