The Washington Post: Tramp İranla bağlı etnik amilləri nəzərə almalıdır
The Washington Post yazır ki, Donald Tramp İranı “dağıtmazdan əvvəl” ölkədəki etnik problemləri mütləq nəzərə almalıdır. Qəzetə görə, burada əsas məsələ İran türkləri ilə bağlıdır.
Qeyd olunur ki, 1979-cu il İran inqilabı zamanı Azərbaycan Sovet İttifaqının tərkibində qapalı vəziyyətdə idi. Müstəqillikdən sonra isə Ermənistanla müharibəyə cəlb olunmuş zəif bir ölkə kimi İranın daxili balansında ciddi rol oynamırdı.
Lakin nəşr vurğulayır ki, bu gün Azərbaycan NATO standartlarına uyğun ordusu olan, Türkiyə ilə dərin əlaqələrə, İsraillə isə sıx təhlükəsizlik tərəfdaşlığına malik yüksələn regional gücdür.
Məqalədə bildirilir ki, İranda zorakı daxili münaqişə ssenarisi baş verərsə, Azərbaycan böyük ehtimalla Türkiyənin dəstəyi ilə öz soydaşlarını qorumaq üçün müdaxilə etməyə məcbur qala bilər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!