Milli Söz Media

Tramp ABŞ-nin İraqdakı əməliyyatını cəhənnəmə ekskursiya adlandırdı

2 dəq oxuma
18 Baxış
Paylaş:
Tramp ABŞ-nin İraqdakı əməliyyatını cəhənnəmə ekskursiya adlandırdı

ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılması prosesinin yekunlaşdığını təsdiqləyib.

Milli Söz xəbər verir ki, Ağ Ev rəhbəri qoşunların çıxarılmasının uzun müddət çəkdiyini və ABŞ-nin "Sarsılmaz qətiyyət" əməliyyatındakı iştirakının uğursuz qərarların nəticəsi olduğunu bildirib.

ABŞ lideri həyata keçirilən əməliyyatı "cəhənnəmə çox bahalı gəzinti" adlandırıb. Tramp, həmçinin İraqdan qoşunların çıxarılmasını ABŞ-nin Əfqanıstandakı missiyasının başa çatması ilə müqayisə edib.

"Çoxlu silah-sursatın və digər avadanlıqların geridə qaldığı, 13 hərbçinin həlak olduğu və bir çoxunun yaralandığı Əfqanıstandan fərqli olaraq, koalisiya qüvvələrinin və texnikasının Erbil aviabazasından bu cür mütəşəkkil qaydada çıxarılması cəhənnəmə olan çox bahalı gəzintinin başa çatması deməkdir", — deyə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ İraqda "Sarsılmaz qətiyyət" əməliyyatının başa çatdığını elan edərək, terrorçuluqla mübarizədə bundan sonra bütün məsuliyyəti bu Yaxın Şərq dövlətinin hakimiyyət orqanlarının üzərinə qoyub.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!