Milli Söz Media

Tramp Hörmüz boğazını bloklamağı əmr etdi

2 dəq oxuma
8 Baxış
Paylaş:
Tramp Hörmüz boğazını bloklamağı əmr etdi

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazına daxil olmağa və ya oradan çıxmağa çalışan bütün gəmiləri blokadaya almağa başlayır.

 "Milli Söz" xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "TruthSocial" sosial şəbəkəsində yazıb

“Bu andan etibarən dünyanın ən yaxşısı olan ABŞ HDQ Hörmüz boğazına girməyə və ya oradan çıxmağa çalışan bütün gəmilərin blokada prosesinə başlayacaq", — deyə o vurğulayıb.

Onun sözlərinə görə, İslamadabda aparılan danışıqlar yaxşı keçib, lakin əsas nüvə məsələsi həll olunmamış qalıb. Tramp bəyan edib ki, İran minalarla bağlı hədələrdən istifadə edərək gəmilərin sərbəst keçidinə imkan verməyib. O, HDQ-yə boğazdakı minaları məhv etməyi tapşırıb.

"Mən həmçinin HDQ-yə beynəlxalq sularda İrana xeyir gətirən hər bir gəmini axtarıb qarşısını almağı tapşırmışam. Qeyri-qanuni ödəniş edən heç kim açıq dənizdə təhlükəsiz keçid əldə edə bilməyəcək", — deyə Tramp əlavə edib.

O xəbərdarlıq edib ki, İran donanması və HHQ faktiki olaraq məhv edilib, HHM sistemləri yararsızdır, liderlərin çoxu isə nüvə ambisiyalarına görə həlak olub. Tramp qeyd edib ki, blokada yaxın vaxtlarda digər ölkələrin iştirakı ilə başlayacaq.

"Ordumuz İrandan qalan o az şeyi də tamamlayacaq", — deyə o yekunlaşdırıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!