Tramp: İran kifayət qədər ağrı hissini yaşamayıb
1 dəq oxuma
2 Baxış
ABŞ Prezidenti Donald Tramp İran ərazisinə kütləvi zərbə endirmək imkanını nəzərdən keçirir.
Milli Söz xəbər verir ki, o, bu barədə "Axios" portalına müsahibəsində bildirib.
"Mən əvvəlkilərin hamısından daha güclü, kütləvi zərbə endirmək imkanını nəzərdən keçirirəm. Qərar qəbul etməyə çox yaxınam. Biz hamımız buna hazırıq", — deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, İran nümayəndələri danışıqlar aparmaq istəyirlər, lakin hələlik böhranın tənzimlənməsi üzrə sazişə hazır deyillər.
"Onlar hələ kifayət qədər ağrı hissini yaşamayıblar", — deyə Tramp qeyd edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!