Milli Söz Media

Tramp İrana ultimatum verdi

1 dəq oxuma
2 Baxış
Paylaş:
Tramp İrana ultimatum verdi

 ABŞ administrasiyasının nümayəndələri İranla danışıqlarda iştirak etmək üçün İslamabada yollanır. Yeni raundun bazar ertəsi, aprelin 20-də keçiriləcəyi gözlənilir.

"Milli Söz" xəbər verir ki, bu barədə aprelin 19-da ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Mənim nümayəndələrim İslamabada, Pakistana gedir – onlar danışıqlar üçün sabah axşam orada olacaqlar", - deyə o, “Truth Social” səhifəsində yazıb .

Amerikalı lider əlavə edib ki, ABŞ İran nümayəndələrinə ağıllı və ədalətli saziş təklif edəcək. Lakin İran razılığı qəbul etməkdən imtina edərsə, Tramp ölkədəki bütün körpüləri və elektrik stansiyalarını məhv edəcəyini vəd edib . Bundan sonra, onun fikrincə, İslam Respublikası "asanlıqla süqut edəcək" .

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!