Tramp və Zelenski arasında münasibətlər ən aşağı həddə düşüb
ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı münasibətlər 2025-ci ilin fevralında Ağ Evdə yaşanan qarşıdurmadan bəri ən aşağı nöqtəyə çatıb.
Milli Söz xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti xəbər yayıb.
Şənbə günü jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Zelenski Ukrayna münaqişəsini dəfələrlə tənzimləmək imkanına malik idi, lakin bu fürsətdən istifadə etmədi. ABŞ Prezidentinin fikrincə, Ukraynaya yeni lider lazımdır.
"Zelenskifyə ünvanlanan bu tənqid Trampın 2025-ci ildə Ağ Evə qayıdışından az sonra Oval kabinetdə yaşanan söz savaşından bəri iki lider arasındakı münasibətlərin en aşağı həddidir", — deyə məqalədə qeyd olunur.
Nəşr vurğulayır ki, liderlər arasındakı bu dərin fikir ayrılıqları Avropa ölkələrinin Trampı Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirməyə inandırmaq istiqamətindəki diplomatik səylərini ciddi şəkildə mürəkkəbləşdirə bilər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!