Ursula fon der Leyen: Ukrayna üçün qərar vermədən buranı tərk etməyəcəyik
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Brüsseldə keçirilən Aİ sammiti önçəsi Ukraynaya növbəti iki il üçün maliyyə yardımının ayrılması ilə bağlı qətiyyətli bəyanat verib.
Ursula fon der Leyen bildirib ki, Avropa Şurası Ukraynanın 2026-2027-ci illər üzrə maliyyə ehtiyaclarını qarşılayacaq qərarı qəbul etmədən iclası başa vurmayacaq.
Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə görə, Ukraynanın növbəti iki il üçün 137 milyard avroya ehtiyacı var və bu məbləğin 90 milyard avrosunu Avropa İttifaqı qarşılamalıdır.
Hazırda iki əsas variant müzakirə olunur: Aİ büdcəsi hesabına borclanma və ya Rusiyanın dondurulmuş aktivləri hesabına təmin edilən "reparasiya krediti".
Avropa Şurasının Prezidenti Antonio Koşta da bu mövqedə həmrəy olduğunu və liderlərin razılıq əldə olunana qədər danışıqları davam etdirəcəyini vurğulayıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!