Volodimir Zelenski Ukrayna üçün 20 bəndlik sülh planını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması və gələcək təhlükəsizlik arxitekturasını nəzərdə tutan genişmiqyaslı sülh planının bütün bəndlərini təqdim edib.
Təhlükəsizlik və Hərbi Şərtlər:
Ukraynanın suverenliyinin təsdiqi və Rusiya ilə qarşılıqlı hücum etməmə paktının bağlanması nəzərdə tutulur.
Sülh dövründə Ukrayna ordusunun sayı 800.000 nəfər olaraq müəyyən edilir.
ABŞ, NATO və Avropa Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verməlidir.
Ukrayna nüvəsiz statusunu qoruyub saxlayır.
İqtisadi İnkişaf və Bərpa:
Bərpa işləri üçün 800 milyard dollar vəsaitin cəlb edilməsi məqsədilə xüsusi fondlar yaradılacaq.
Ukrayna ABŞ ilə sərbəst ticarət müqaviləsini sürətləndirəcək və müəyyən vaxtda Aİ üzvü olacaq.
Dnepr çayı və Qara dəniz kommersiya məqsədləri üçün tam açıq olacaq, Kinburn burnu silahsızlaşdırılacaq.
Ərazi və Status Məsələləri:
Ən çətin məqam olan ərazi məsələsində Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkovdan çıxması, digər 4 vilayətdə isə "hərə öz yerində qalsın" prinsipi müzakirə edilir.
Donetsk bölgəsi üçün ABŞ "azad iqtisadi zona" kompromisini təklif edir ki, bu da yalnız referendum yolu ilə qəbul edilə bilər.
Zaporojye AES-in idarəetməsi (ABŞ və Ukrayna arasında 50/50 payı ilə) hələ tam razılaşdırılmayıb.
Humanitar və Hüquqi Öhdəliklər:
"Hamının hamıya" prinsipi ilə əsir mübadiləsi, uşaqların və siyasi məhbusların qaytarılması təmin edilməlidir.
Ukrayna müqavilədən dərhal sonra seçkilər keçirməlidir.
Müqavilənin icrasına Donald Trampın rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək və bütün tərəflər razılaşdıqdan sonra dərhal tam atəşkəs elan olunacaq.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!