Zelenski: Belarusdakı Rusiya təlimləri Ukrayna üçün böyük riskdir
1 dəq oxuma
12 Baxış
Zelenski: Belarusdakı Rusiya təlimləri Ukrayna üçün “böyük riskdir”
Ukrayna Prezidenti bildirib ki, Belarus ərazisində Rusiya ilə planlaşdırılan birgə hərbi təlimlər ciddi təhlükə mənbəyidir.
Onun sözlərinə görə, rəsmi Minsk və Moskva yenidən birgə manevrlər keçirməyi müzakirə edir və Kiyev bu təlimlərin miqyasını diqqətlə izləyəcək.
Zelenski xatırladıb ki, əvvəllər genişmiqyaslı təlimlər fonunda Ukraynaya qarşı hücum başlanmışdı.
“Bütün bunlar Ukrayna üçün böyük riskdir. Hesab edirəm ki, bu, Belarus sakinləri üçün də ciddi təhlükə amilidir”, – deyə o vurğulayıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!