Adəm Kadırov avtomobil qəzasına düşüb
Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adəm Kadırovun avtomobil qəzasına düşdüyü bildirilir.
Məlumat Çeçenistanın müxalif “Telegram” kanalları tərəfindən yayılıb.
Bildirilir ki, Adəm Kadırovun vəziyyəti ağırdır və Moskvaya təxliyə edilib.
Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş və yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb.
Qəza nəticəsində çoxsaylı xəsarət alanların olduğu qeyd olunur.
Hadisədən sonra Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb edildiyi bildirilir.
Bundan başqa, Adəmlə eyni avtomobildə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu iddia olunur.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!