İsrailin XİN başçısı: Azərbaycana investisiya yatırmaq istəyirik
1 dəq oxuma
69 Baxış
“Biz Azərbaycana investisiya yatırmaq istəyirik” — bunu İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Gideon Saar vurğulayıb ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, SOCAR-ın İsrail şirkətindən 10% pay əldə etməsi tərəflər arasında etimadın və əməkdaşlığın inkişafının bariz nümunəsidir.
İsrail XİN başçısı həmçinin qeyd edib ki, Azərbaycanda yəhudilər hər zaman sülh şəraitində yaşayıb və bu gün də yaşamağa davam edirlər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!