Ata Abdullayevin azadlığa çıxması ilə bağlı iddialar yayıldı
Sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edən Ata Abdullayevin amnistiya aktına düşərək azadlığa buraxılması barədə məlumatlar yayılıb. Bəzi iddialara görə, o, artıq cəzaçəkmə müəssisəsini tərk edib.
Xatırladaq ki, Ata Abdullayev 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. O, hədə-qorxu ilə tələb etmə (reket) maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hazırda rəsmi qurumlar onun azadlığa çıxıb-çıxmaması ilə bağlı hələlik heç bir təsdiqedici məlumat verməyib. Amnistiya aktının tətbiqi prosesi fərdi qaydada araşdırıldıqdan sonra həyata keçirilir.
Ata Abdullayev xüsusilə xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdəki qalmaqallı çıxışları və sosial şəbəkələrdəki fəaliyyəti ilə tanınırdı.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!