Milli Söz Media

Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

2 dəq oxuma
58 Baxış
Paylaş:
Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.

Bu müddəa yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, valideynlər (və ya onları əvəz edən şəxslər) yalnız qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə uyğun tərbiyə edə biləcəklər.

Qanun layihəsində vurğulanır ki, uşaqların dini ayinlərdə iştirak etməyə məcbur edilməsi qadağandır və bu cür fəaliyyət uşaqların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Sənəddə həmçinin qeyd olunub ki, yalnız qanunda nəzərdə tutulan hallarda – ictimai təhlükəsizlik, ictimai qayda, sağlamlıq, mənəviyyat və ya digər şəxslərin hüquq və azadlıqları üçün – uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Hazırda qüvvədə olan qanuna görə də, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağan edilib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!