Milli Söz Media

Mehdiabaddan 28 May metrosuna tramvay xətti çəkilir – layihələndirmə mərhələsi başlayıb

2 dəq oxuma
61 Baxış
Paylaş:
Mehdiabaddan 28 May metrosuna tramvay xətti çəkilir – layihələndirmə mərhələsi başlayıb

Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasına qədər tramvay xəttinin tətbiqi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.


Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair "2025–2030-cu illər üzrə Dövlət Proqramı"nın ötən il üçün icrasına həsr olunmuş dəyirmi masa zamanı məlumat verib.


AYNA sədri bildirib ki, tramvay xəttinin bərpası və tətbiqi ilə bağlı artıq ilkin texniki mərhələ tamamlanıb:


“Mehdiabad qəsəbəsindən metronun ‘28 May’ stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb və hazırda layihələndirmə işləri həyata keçirilir".


Onun sözlərinə görə, layihə çərçivəsində marşrutun keçəcəyi ərazilər üzrə də vacib razılaşmalar əldə olunub.


Belə ki, tramvay xəttinin “Sea Breeze” ərazisindən keçməsi nəzərə alınaraq yolun en kəsiyinin forması artıq razılaşdırılıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!