Milli Söz Media

Binə Ticarət Mərkəzinin qarşısı gölə çevrilib: Piyadalar və sürücülər çarəsizdir

1 dəq oxuma
23 Baxış
Paylaş:
 Binə Ticarət Mərkəzinin qarşısı gölə çevrilib: Piyadalar və sürücülər çarəsizdir

 Paytaxtın Qaradağ rayonunda, Binə Ticarət Mərkəzinin qarşısındakı yolun su altında qalması həm piyadalar, həm də nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaradıb.

Sakinlərin bildirdiyinə görə, sonuncu yağışlardan sonra yaranan su gölməçələri günlər keçməsinə baxmayaraq hələ də çəkilməyib.

Yolun bərbad vəziyyətdə olması ərazidə hərəkətin iflic olmasına və uzunmüddətli tıxacların yaranmasına səbəb olur.

Ən acınacaqlı vəziyyət ictimai nəqliyyatda yaşanır; avtobus sürücüləri suyun dərinliyi səbəbindən yaşlıları və uşaqlı qadınları yolun ortasında düşürməyə məcbur olurlar.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!