Böyük Britaniya Hörmüzdə əməliyyatlara hazırlaşır
Böyük Britaniya Hörmüzdə əməliyyatlara hazırlaşır
Böyük Britaniya ehtimal olunan təhlükələr fonunda Hörmüz boğazında mina təmizləmə əməliyyatlarına hazırlıq görür.
Müdafiə Nazirliyinin məlumatına görə, ehtiyac yaranarsa minaların zərərsizləşdirilməsi üçün hərbi dalğıclar xüsusi hazırlıqdan keçirilir.
Kral Hərbi Dəniz Qüvvələrinin mina təmizləmə üzrə ixtisaslaşmış bölmələri fövqəladə plan çərçivəsində hazır vəziyyətə gətirilib.
Bu qüvvələrin pilotsuz sistemlərlə birgə fəaliyyət göstərəcəyi bildirilir.
Həmçinin, Böyük Britaniyanın beynəlxalq tərəfdaşlarla birlikdə çoxmillətli təşəbbüslərə qoşularaq Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə töhfə verəcəyi vurğulanır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!