Çeçenistana doğru tibbi reyslər qeydə alınıb
1 dəq oxuma
15 Baxış
Flightradar24 məlumatına əsasən, iki tibbi reys Çeçenistan istiqamətində müşahidə olunub, onlardan biri artıq Moskvaya geri uçur.
Sanitar aviasiyada istifadə olunan RA-02808 qeydiyyatlı BAe 125-700A biznes-ceti Moskvanın Jukovski hava limanından havaya qalxaraq cənub istiqamətində hərəkət edib.
Eyni zamanda, Qroznı ərazisində Rusiya FHN-nə məxsus, tibbi təxliyə üçün nəzərdə tutulmuş AN-148-100EM (SUM9108) təyyarəsi müşahidə olunub.
Daha əvvəl Adəm Kadırovun Qroznının mərkəzində baş verən yol qəzasında xəsarət aldığı barədə məlumat yayılmışdı.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!