Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Bu məsələ Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.
Layihəyə əsasən, Qızdırılan tütün məmulatı (alışdırılmadan, qızdırılma yolu ilə nikotinli aerozol verən) anlayışı daxil edilir və bu məmulatlar elektron siqaret hesab edilməyəcək.
Elektron siqaret isə nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş cihaz olaraq tərif edilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!