Milli Söz Media

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

2 dəq oxuma
1 Baxış
Paylaş:
 İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışını edib və buraya köçən ilk sakinlərlə görüşüblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına yeni kompleksdə yaradılan müasir şərait barədə geniş məlumat verib.

13 hektardan çox ərazini əhatə edən kompleksdə 11 məhəllə və 60 yaşayış binası inşa edilib. Ümumilikdə 1268 mənzildən ibarət olan bu kompleksdə dekabr ayı ərzində 104 ailənin (426 nəfər), 2026-cı ilin əvvəlində isə daha 1164 ailənin məskunlaşması planlaşdırılır.

 Binalar daimi su, elektrik, sürətli internet və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub. Kompleks daxilində 5 kilometrlik yollar, idman meydançaları, velosiped zolaqları, uşaq oyun zonaları və həm yeraltı, həm də yerüstü avtomobil dayanacaqları sakinlərin istifadəsinə verilib.

Qarabağ və Şərqi Zəngəzurun bərpası çərçivəsində inşa edilən bu yaşayış sahəsi keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" proqramı üzrə rahat və dayanıqlı məskunlaşmasına xidmət edir. Kompleksin təməli 2023-cü ildə qoyulmuşdu və qısa müddətdə ən yüksək standartlara uyğun şəkildə tamamlanıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!