Milli Söz Media

İlham Əliyevdən Ərdoğana başsağlığı məktubu

1 dəq oxuma
19 Baxış
Paylaş:
İlham Əliyevdən Ərdoğana başsağlığı məktubu

İlham Əliyevdən Ərdoğana başsağlığı məktubu

 İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb:

Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

 Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.

 Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!