İranda Molla rejimi tərəfindən qətlə yetirən gəncin son sözləri
“Mən gedirəm. Əgər öldürülsəm…”
17 yaşlı iranlı gənc fəal Milad Hassanzadə İslam rejimi tərəfindən güllələnərək öldürülən inqilabçı gənclərdən biri olub.
Bildirilir ki, Milad bir neçə gün həyatı uğrunda mübarizə apardıqdan sonra yanvarın 10-da vəfat edib.
Gənc fəalın dünyaya buraxdığı vəsiyyəti isə sosial şəbəkələrdə geniş rezonans doğurub:
“Mən gedirəm. Əgər öldürülsəm, hətta həbs olunsam belə, sevinin. Mən şərəf və ləyaqətlə yaşamağı seçdim. Əgər ölməliyəmsə, qoy bu, cəsarət və şərəf adına olsun. Mənim başıma nə gəlirsə-gəlsin, istəyirəm xəbər bomba kimi yayılsın ki, mənim yaşımda olan başqalarına nümunə olum.”
Hadisə İranda davam edən etirazlar və gənclərin üzləşdiyi ağır repressiyalar fonunda diqqət çəkir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!