İranın Ali Rəhbəri 36 illik hakimiyyətinin ən ciddi böhranı ilə üz-üzə
İranın Ali Rəhbəri 36 illik hakimiyyətinin ən ciddi böhranı ilə üz-üzə
“Reuters” agentliyinin məlumatına görə, İranın Ali Rəhbəri Əli Xameneyi həm daxildə, həm də xaricdə artan təzyiqlərlə qarşılaşıb.
Bildirilir ki, Tehranın elçiləri davam edən danışıqlar fonunda ABŞ-ın mümkün hava zərbələrinin qarşısını almağa çalışır.
Eyni zamanda, ölkə daxilində sanksiyalardan zərər görmüş iqtisadiyyat və ölümcül iğtişaşlar vəziyyəti daha da gərginləşdirir.
Agentlik qeyd edir ki, 86 yaşlı lider illər ərzində daxili iğtişaşları yatırıb, rəqiblərini kənarlaşdırıb və Qərbə meydan oxumaq üçün regional ittifaqlar formalaşdırıb. Onun “İslam Respublikasına sarsılmaz sadiqliyi” və ABŞ-a qarşı sərt mövqeyi, artan gərginlik fonunda İranın mümkün reaksiyasını müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Məqalədə həmçinin vurğulanır ki, danışıqları uzatmaq taktikası və hakimiyyətin bütün qolları üzərində nəzarət Xameneyiyə indiyədək xarici təzyiqlərə tab gətirməyə imkan verib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!