Milli Söz Media

İsrail XİN rəhbəri Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib

1 dəq oxuma
50 Baxış
Paylaş:
İsrail XİN rəhbəri Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib

Bakıda səfərdə olan İsrail XİN rəhbəri Gideon Saar Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.

Bu barədə nazir öz “Facebook” səhifəsində paylaşım edib.

"Qarabağ müharibələrində həlak olanların, eləcə də “Qara Yanvar” qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarət zamanı Birinci Qarabağ müharibəsində tank zabiti kimi xidmət edərkən həlak olmuş yəhudiəsilli əsgər Albert Aqarunovun məzarı üzərinə və Bakıdakı Zəfər parkına əklil qoydum.

Albert Aqarunov vəfatından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib və Şəhidlər xiyabanında dəfn olunub. Onun dəfn mərasimində ravvinlərlə yanaşı müsəlman din xadimləri də iştirak ediblər ki, bu da Azərbaycanda ravvinizmi simvolizə edən bir hadisə idi”, - paylaşımda qeyd olunub.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!