Milli Söz Media

Meksikada narkokarterlə bağlı gərginlik

2 dəq oxuma
11 Baxış
Paylaş:
Meksikada narkokarterlə bağlı gərginlik

Meksikada narkokarterlə bağlı gərginlik

Meksikanın ən güclü narkokarter liderlərindən biri – “El Mencho”nun öldürüldüyü bildirilir. Məlumata görə, Nemesio Rubén Oseguera Cervantes ləqəbli kartel rəhbəri Meksika ordusunun əməliyyatı zamanı zərərsizləşdirilib. Əməliyyatın Meksika və ABŞ kəşfiyyat orqanlarının koordinasiyası ilə həyata keçirildiyi qeyd olunur.

Liderin ölümündən sonra bir sıra ştatlarda silahlı toqquşmalar, yollarda blokadalar və nəqliyyat vasitələrinin yandırılması halları qeydə alınıb. Təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında qarşıdurmaların davam etdiyi bildirilir.

Bəzi bölgələrdə məktəblər bağlanıb, sakinlərə evdə qalmaq çağırışı edilib. ABŞ və Kanada isə vətəndaşlarına Meksikaya səfərlə bağlı təhlükəsizlik xəbərdarlıqları yayıb.

Artan risklər fonunda bəzi aviaşirkətlər uçuş marşrutlarında dəyişiklik edib və xidmətləri məhdudlaşdırıb.

“El Mencho” uzun illərdir axtarışda idi və ABŞ-da onun tutulmasına 15 milyon dollar mükafat təyin olunmuşdu.

Baş verən hadisələr Meksikada təhlükəsizlik vəziyyətinin kəskinləşdiyini göstərir.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!